• HADİSƏ

    02:29 17 aprel 2019

Yevlaxda avtomobil atlını vuraraq ağır xəsarət yetirib

Yevlax rayonunda avtomobil atlını vurub.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Xaldan-Yevlax avtomobil yolunun Xaldan qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonun Əcəmi kənd sakini, 1967-ci il təvəllüdlü Nağıyev Azad Nağı oğlu atının üstündə magistral yolda hərəkətdə olarkən avtomobilin zərbəsinə tuş gəlib. Ağır xəsarətlər alan A.Nağıyev xəstəxanaya yerləşdirilib.

Hazırda yaralı A.Nağıyev reanimasiya şöbəsində koma vəziyyətindədir.

Ehtiram Muradov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR