Yevlax sakini tut yığmaq üçün çıxdığı ağacdan yıxılaraq ölüb.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhəri, Qamboy Quliyev küçəsi 3/13 ünvanındakı fərdi təsərrüfatda baş verib.
Belə ki, tut yığmaq üçün hündür ağaca qalxan 1960-cı il təvəllüdlü rayon sakini Həsənov Tofiq Xanış oğlu müvazinətini itirərək yerə yıxılıb. Zərbənin təsiri ilə o, çoxsaylı ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.