• HADİSƏ

    08:59 30 may 2019

Yevlax sakini münaqişə zəminində güllələnib

Yevlaxda silahlı insident olub.

ONA-nın Mingəçevir bürosunun xəbərinə görə, hadisə gecə Əcəmi kəndi ərazisində baş verib.

Belə ki, ilkin məlumata əsasən, münaqişə zəminində 1988-ci il təvəllüdlü rayon sakini Qurbanov Cəmil Tapdıq oğlu silahdan açılan atəşlə ağır bədən xəsarətləri alıb. Yaralı təcili xəstəxanaya çatdırılıb. İlkin yardım göstərildikdən sonra durumunun ağırlığı nəzərə alınaraq paytaxt xəstəxanalarından birinə göndərilib. Hadisənin hansı zəmində baş verdiyi tam məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR