• HADİSƏ

    08:52 6 may 2019

Yevlax sakininin sinəsinə küt dəmir parçası düşüb, ağır xəsarət alıb

Yevlax sakinin sinəsinə küt dəmir parçası düşməsi nəticəsində ağır xəsarət alıb

ONA-nın Mingəçevir bürosunun xəbərinə görə hadisə Yevlax şəhərində,
Ərəş küçəsi 32 ünvanında baş verib.

Belə ki, naməlum şəraitdə 1984-cü il təvəllüdlü rayon sakini Fəxri Niyaz oğlu Rüstəmov küt dəmir alətdən ağır xəsarət alıb.
Tam dəqiqləşdirilməmiş səbəblərdən onun döş qəfəsi nayihəsinə küt dəmir parçası düşərək içəri nüfuz edib.

Ağır yaralanan Fəxri Rüstəmov dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR