• HADİSƏ

    20:39 26 aprel 2019

Yevlax xəstəxanasında yanğın olub

Bu gün axşam saatlarında Yevlax rayon Mərkəzi Xəstəxanasında yanğın baş verib.

ONA-nın Mingəçevir bürosunun xəbərinə görə, hadisə xəstəxananın qəbul şöbəsində qeydə alınıb.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilb və əraziyə yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının qarşısı alınıb və genişlənməsinə imkan verilməyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR