• HADİSƏ

    16:51 25 may 2019

Yevlaxda 18 yaşlı oğlanı öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Adam öldürməkdə təqsirləndirilən Namiq Nərimanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

ONA-nın xəbərinə görə, cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq məhkəmənin hazırlıq iclası iyunun 10-na təyin edilib. Qeyd edək ki, Yevlax şəhər sakini, 18 yaşlı Əhmədli Ağa Mehman oğlu həmyaşıdı Nərimanov Namiq Yelmar oğlu tərəfindən altı bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR