Yevlaxda 255 metr uzunluğunda qaz borusunu kəsərək oğurlamağa cəhd edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, martın 31-nə keçən gecə Yevlax rayonunun Aran qəsəbəsi ərazisində 255 metr uzunluğunda qaz borusunun kəsilərək oğurlanmasına cəhd göstərən şəxslər saxlanılıb.
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslərin şəhər sakinləri T.Bərxudarov və K.Şükürov olduğu müəyyənləşib. Faktla bağlı araşdırmalara başlanılıb.