• HADİSƏ

    21:18 8 avqust 2019

Yevlaxda 4 yaşlı uşağı avtomobil vurub

Yevlax rayonunda azyaşlını avtomaşın vurub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, avtoqəza rayonun Qaroğlan kəndində baş verib.

Belə ki, kənd ərazisində toy məclisinə gələn qonaqlardan birinə məxsus “Ford” markalı avtomobil manevr zamanı 2015-ci il təvəllüdlü Kərimov Pünar Anar oğlunu vurub. Xəsarət almış azyaşlı təcili xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR