• HADİSƏ

    22:25 21 fevral 2019

Yevlaxda 58 yaşlı kişi güllələnərək öldürülüb

Yevlaxda qətl törədilib.

ONA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Ərəb Bəsrə kəndində qeydə alınıb. Kənd ərazisindən keçən dəmiryolu yaxınlığında kişi meyiti aşkar edilib. İlkin müayinə zamanı meyitin üzərində güllə yarası aşkarlanıb.

Araşdırmalarla meyiti tapılan şəxsin, elə həmin kənd sakini, 1961-ci il təvəllüdlü Tahir Bəylər oğlu Qafarov olması müəyyən edilib.
Onun hansı şəraitdə güllələndiyi hələlik məlum deyil.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Ehtiram Muradov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR