• HADİSƏ

    08:42 6 may 2019

Yevlaxda ailə faciəsi: ata maşını ilə öz övladını vurub öldürüb

Yevlax şəhərində tükürpədici hadisə baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə Yevlax şəhərinin Fizuli küçəsində baş verib.

Belə ki, ata özünəməxsus idarə etdiyi maşını ilə manevr edərkən ehtiyatsızlıqdan avtomobilin ətrafında dolaşan 4 yaşlı oğlunu görməyib. Nəticədə ata 2015-ci il təvəllüdlü oğlu - Kənan Ruslan oğlu İsmayılovu vuraraq ona ağır xəsarət yetirib.

Yaralı uşaq xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. K.İsmayılov xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR