Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qoyun binəsi kəndi ərazisində baş verib.
Yolu keçmək istəyən 2012-ci il təvəllüdlü kənd sakini Ləman Asim qızı Əsgərovanı Adil Mahyəddin oğlu Qasımov idarə etdiyi PAZ markalı avtobus vuraraq ağır xəsarət yetirib.
Yaralı dərhal rayon xəstəxanasına aparılıb.
Həkimlərin səylərinə baxmayaraq azyaşlını xilas etmək mümükün olmayıb.
Ehtiram Muradov