Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində şəhər sakini A.Qasımov idarə etdiyi “PAZ-3205” markalı avtobusla yolu keçən kənd sakini, azyaşlı Ləman Əsgərovanı vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
Faktla bağlı Yevlax RPŞ tərəfindən araşdırma aparılır.