• HADİSƏ

    22:38 27 aprel 2019

Yevlaxda avtomobil atı vurub

Yevlaxda minik avtomobili qəfildən yola çıxan atı vuraraq öldürüb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Gülövşə kəndi yaxınlığında baş verib.

Belə ki, “VAZ 2112” markalı minik maşınının qarşısına hərəkət zamanı qəfildən at çıxıb. Hadisə nəticəsində at tələf olub, avtomobilin sürücüsü və bir sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR