• HADİSƏ

    03:39 26 iyun 2020

Yevlaxda avtomobilin vurduğu piyada ölüb

Yevlax rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhər avtovağzalı yaxınlığında baş verib.

Avtomobilin vurduğu piyada - Bərdə rayon sakini, 1967-ci il təvəllüdlü Əliyev Arif Allahyar oğlu aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR