• HADİSƏ

    22:31 20 may 2019

Yevlaxda avtomobilin vurduğu piyada xəsarət alıb

Yevlaxda piyadanı avtomobil vurub.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhərindəki Ailə Sağlamlıq Mərkəzinin qarşısında baş verib.

Belə ki, “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən 1965-ci il təvəllüdlü rayon sakini Quliyev Məqsəd Yolçu oğlunu vuraraq ona ağır xəsarət yetirib. Kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR