• HADİSƏ

    08:02 31 may 2019

Yevlaxda azyaşlı yüksəklikdən yıxılıb

Yevlaxda 7 yaşlı uşaq yıxılaraq sınıq xəsarətı alıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Nərimanabad kəndində baş verib.

Belə ki, həmin kənd sakini olan 2012-ci il təvəllüdlü Yusifli Elcan Sahil oğlu öz həyətlərində oynayan zaman ehtiyatsızlıq nəticəsində yıxılıb və müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən yaralı uşağa tibbi yardım göstərilib, bir müddət sonra isə ambulator müalicə üçün evə buraxılıb.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR