• HADİSƏ

    23:55 16 may 2019

Yevlaxda azyaşlını küçə iti dişləyib

Yevlaxda 6 yaşlı uşağı it dişləyib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Havarlı kəndində baş verib.

Belə ki, 2013-cü il təvəllüdlü kənd sakini Ramazan Mustafayev mağazadan çıxıb evlərinə dönərkən küçə itinin hücumuna məruz qalıb. Uşağın səsinə doğmaları yetişsə də, it onun yan hissəsindən dişləyərək qaçmağa fürəst tapıb.

Dərhal xəstəxanaya çatdırılan uşağa tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

Qeyd edək ki, tibbi yardım alan R.Mustafayevin vəziyyəti qənaətbəxşdir.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR