Yevlax rayonunda bir gündə iki zəhərlənmə hadisəsi qeydə alınıb.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə hadisələrdən biri rayonun Malbinəsi, digəri isə Xaldan kəndində baş verib.
1953-cü il təvəllüdlü kənd sakini Şükürov Mais Fəqan oğlu səhvən həşaratların zərərsizləşdirilməsi üçün nəzərdə tutulan danadişi dərmanı içib. Durumu ağırlaşan zəhərlənən şəxs dərhal rayon xəstəxanasına çatdırılıb. Hazırda müalicəsi davam etdirilir.
Xaladan kəndində isə 2003-cü il təvəllüdlü kənd sakini Nəsibova Şövkət Məhəmməd qızı normadan artıq dərman pereparatı qəbul etdiyi üçün zəhərlənib. Xəstəxanaya çatdırılan Ş.Nəsibovaya tibbi yardım göstərildikdən sonra durumu stabilləşib və o ambulator müalicə üçün evə buraxılıb.