• HADİSƏ

    11:05 10 noyabr 2019

Yevlax sakini olan gənc qadın Bakıda klinikada doğuş zamanı ölüb

Doğuş zamanı ana ölümü faktı qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 23 yaşlı Yevlax rayon Tanrıqulular kənd sakini Gülanə Həmzəyeva Bakıda klinikalardan birində qız uşağı dünyaya gətirib.

Ancaq ana doğuş zamanı həyatını itirib.

Qeyd edək ki, bu, G. Həmzəyevanın ikinci övladıdır.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR