Bərdədə iki minik avtobobili toqquşub, 2 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb - [color=red]FOTO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 20:36 28 Fevral 2021

Bərdədə iki minik avtobobili toqquşub, 2 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb - FOTO - YENİLƏNİB

Bərdə rayonunun Samux kəndi ərazisində baş vermiş ağır yol qəzası nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza zamanı ölənlər Bərdə rayonunun Dəymədağlı kənd sakini Hüseynov Rəmzi Ələddin oğlu və rayonun Şirvanlı kənd sakini Quliyev Elgiz Səxavət oğludur.

Xəsarət alanlar isə 1993-cü il təvəllüdlü Əhmədli Əhliman Kamal oğlu, 1993-cü il təvəllüdlü Əhmədli Ayşən Rafiq qızı və 2016-cı il təvəllüdlü Əhmədli Şəlalə Əhliman qızıdır.

Məlumata görə, hər üç yaralı bir ailənin üzvləridir.

***

Saat 20:19

Bərdədə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunda, Bərdə postuna yaxın ərazidə qeydə alınıb.

Bərdə istiqamətdə hərəkətdə olan "VAZ 2106" markalı avtomaşın "Great Wall" markalı digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2106”-da olan iki nəfər hadisə yerində dünyasını dəyişib.

Digər avtomobildə olan qadın, bir uşaq və sürücü ağır xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Teqlər:

OXŞAR XƏBƏRLƏR