• HADİSƏ

    20:03 9 mart 2019

Yevlaxda məktəblini maşın vurub

Yevlaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə Mingəçevir-Xaldan avtomobil yolunun Əkşəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobusdan düşərək yolu keçmək istəyən kənd sakini, orta məktəb şagirdi Rəşad Rəşid oğlu Əzizovu “Hyundai” markalı avtomobil vurub. Yaralı qəzanı törədən sürücü tərəfindən dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR