• HADİSƏ

    21:10 7 aprel 2019

Yevlaxda mikroavtobus qəzaya düşüb

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Xaldan şossesində, rayonun Hacıselli kəndi yaxınlığında baş verib.

"Mercedes Vito” markalı mikroavtobus “VAZ 21 07” markalı minik maşını ilə toqquşub. Xoşbəxtlikdən qəza zamanı mikroavtobusda sərnişin olmayıb.

Hadisədən hər iki sürücü yüngül xəsarətlə qurtulsa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR