• HADİSƏ

    16:41 11 mart 2019

Yevlaxda narkotik alverçiləri yaxalanıb

Yevlaxda narkotik satan şəxslər saxlanılıb.

Bu barədə ONA-nın Mingəçevir bürosuna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Gəray Xəlilovdan 0.712 qram heroin aşkar edilərək götürülüb. Aparılan araşdırmalarla G.Xəlilova narkotiki satmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Daşdəmirov saxlanılıb.

Yevlax RPŞ əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Eyvaz Göyüşovdan 0.324 qram heroin aşkar edilərək götürülüb. E.Göyüşovun ətrafında davam etdirilən araşdırmalarla narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Belə ki, rayon sakini, əvvəllər məhkum olunmuş Rüstəm Babayev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə şəxsi baxış keçirilən zaman 5 ədəd tramadol həbləri də aşkar edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Ehtiram Muradov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR