• HADİSƏ

    12:10 27 aprel 2019

Yevlaxda oğurluq etdikləri evi yandıran şəxslər tutulub

Yexlax rayonunda oğurluq etdikləri evi qəsdən yandırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, aprelin 25-də saat 3:00 radələrində Yevlax rayonunun B.Kərimov küçəsində, N.Cavadovun yaşadığı evdə yanğın baş verib. Nəticədə 60 kv. m sahədə konstruksiyalar və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla evdən 3000 manat dəyərində məişət əşyalarının oğurlanması və sonradan yandırılması müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakinləri - əvvəllər məhkum olunmuş İ.Məmmədov və E.Qocayev saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanıb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR