• HADİSƏ

    11:19 31 may 2019

Yevlaxda bıçaqla polislərə müqavimət göstərən şəxs tutulub

Yevlax rayonunda narkotik tərkibli bitkilər əkən şəxs soyuq silahla polislərə müqavimət göstərib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinə Bəydili kəndi ərazisində kultivasiya yolu ilə çətənə kollarının yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub. Mayın 30-da həmin ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürülüb.

Həmin gün gecə saat 1 radələrində çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə gələn Əcəmi kənd sakini Cəmil Qurbanov saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. Lakin polis əməkdaşlarının adekvat tədbirləri nəticəsində o zərərsizləşdirilərək tutulub.

Polis əməkdaşları tərəfindən həmin ərazidən C.Qurbanov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR