Yevlaxda yanğın bir neçə evə ziyan vurub
  • HADİSƏ

  • 00:33 28 Mart 2019

Yevlaxda yanğın bir neçə evə ziyan vurub

Yevlaxda yanğın baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Çənlibel qəsəbəsində qeydə alınıb.

Qəsəbənin İsrafil Məmmədov küçəsində və ona bitişik qamışlıq sahədə başlayan yanğın geniş əraziyə yayılıb. Nəticədə 3 fərdi həyət sahəsinin hasarı və bir evin damı yanğından zərər görüb. Bir neçə şəxs tüstüdən və həyəcandan narahatlıq keçirib. Onların arasında iki hamilə qadın da olub.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in üç briqadası cəlb olunub. Yanğın söndürülüb və alovun yayılmasına imkan verilməyib.

Ehtiram Muradov

Sərxan Kamallı

Teqlər: Yevlax yanğın

OXŞAR XƏBƏRLƏR