• HADİSƏ

    20:55 6 oktyabr 2019

Yevlaxda yeniyetmə yol qəzasında qapalı kəllə-beyin travması alıb

Bakı-Qazax avtomagistralının Yevlax şəhərinin giriş hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, “KAMAZ” markalı yük maşını “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Qafarova Aytən Arzuman qızı xəstəxanaya yerləşdirilib.

Tibb müəssisəsindən bildirilib ki, yaralı qapalı kəllə-beyin travması alıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR