• HADİSƏ

    16:15 13 aprel 2019

Yevlaxda yük maşını minik avtomobili ilə toqquşub: xəsarət alan var

Yevlax şəhərində qəza olub.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə dörd yol dairəsində baş verib. Rusiya dövlət nömrə nişanlı ”Priora” markalı minik avtomobili TIR-la toqquşub. Hadisə nəticəsində minik maşınının sürücüsü Bəylər Mədət oğlu Balakişiyev xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR