Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına əsasın, hadisə Aran qəsəbəsi yaxınlığından keçən magistral yolda qeydə alınıb.
Maye qaz daşıyan yük maşını yolu keçən 1977-ci il təvəllüdlü Aran qəsəbəsi sakini Sultanov Fikrət Sabir oğlunu vurub. Ağır xəsarət alan piyada hadisə yerində keçinib.
Faktla bağlı araşdırmalara başlanılıb.