• HADİSƏ

    15:42 3 aprel 2019

Yeznəsini öldürən şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

ONA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 10-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 20-də axşam saat 22:30 radələrində Bakının Yasamal rayonunda baş verib. Mehdiyev küçəsindəki 79 nömrəli evin qarşısında 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunun ürəyinə bıçaq zərbəsi endirilib və o, aldığı zərbədən yerindəcə ölüb. Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə öldürülən şəxsin həyat yoldaşının qardaşı, 1974-cü il təvəllüdlü Ağakişiyev Samir Bəşir oğlu gələrək qətli törətdiyini etiraf edib. Saxlanılan şəxs bildirib ki, yeznəsini münasibətlərinə aydınlıq gətirərkən öldürüb.

Teqlər:

SON XƏBƏRLƏR