• HADİSƏ

    16:53 13 mart 2019

Yol qəzalarının azaldılması istiqamətində maarifləndirmə işləri davam etdirilir

Yol-nəqliyyat hadisələrinin azaldılması istiqamətində maarifləndirmə işləri davam etdirilir.

ONA-nın məlumatına görə, Prezident İlham Əliyevin 2018-ci il 27 dekabr sərəncamı ilə “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində Yol Hərəkətinin Təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti tədbir paytaxtın Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbdə keçirilib. Tədbirdə məktəbin şagirdlərinin hazırladıqları müxtəlif videoçarxlar və çıxışlar təqdim olunub, sual-cavab şəklində müxtəlif viktorinalar keçirilib. Tədbirdə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru - mayor Kəmalə Ələkbərova və 1 saylı uşaq-gənclər inkişaf mərkəzinin nümayəndələri iştirak ediblər.

Tədbirin sonunda şagirdlərə maarifləndirici kitabçalar təqdim olunub.

Qeyd edək ki, “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda yol-nəqliyyat hadisələrinin ümumi sayının 30 faiz, həmçinin yol-nəqliyyat hadisələrində uşaq ölümü hallarının 50 faiz azaldılması nəzərdə tutulub.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR