• HADİSƏ

    14:36 27 may 2019

Yol polisi Mingəçevirdə reyd keçirib, xeyli sürücü cərimələnib - VİDEO

Mingəçevirdə nəqliyyatda daşımalara nəzarətin gücləndirilməsi məqsədilə keçirilən reyd zamanı 150-dən çox maşın saxlanılıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, Dövlət Yol Polisi tərəfindən şəhərin Heydər Əliyev prospekti və ona bitişik küçələrdə reydin keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrində yük və sərnişin daşımaları üzrə hüquqi normativlərə və qaydalara riayət etməyən sürücülərin aşkarlanması olub. Həyata keçirilən tədbirlər nəticəsində yol polisi tərəfindən 150-dən çox avtomobil sürücüsü saxlanılaraq sənədlərə, sərnişin sıxlığına və yük daşıma qaydalarına, eləcə də sənədsiz daşımaların mövcud olub olmamasına baxış keçirilib.

Mingəçevir Dövlət Yol Polisi bölməsinin rəisi Cəmşid Abbasovun ONA-ya bildirib ki, reyd zamanı 43 qayda pozucusu haqqında inzibati protokollar tərtib olunub. Yük daşıma qaydalarını pozduğuna görə 4, sərnişindaşıma qaydalarına riayət etmədiyi üçün 6, avtomobilini texniki baxışdan keçirməyən sürücülərə 4, xəttin tələbini pozan şəxslərə 12, tibbi-texniki müayinədən keçməyən 6 və digər qaydaları pozan 9 sürücü barəsində müvafiq hüquqi tədbirlər görülüb. Eyni zamanda sürücülük vəsiqəsi olmadan avtomobilin sükanı arxasında əyləşən iki sürücü müəyyən edilib. Qayda pozuntusuna yol verən bir sıra yük maşınları cərimə meydançasına göndərilib. Saxlanılan digər sürücülərə isə müvafiq tələblərə uyğun xəbərdarlıq edilib.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR