Yol polisi ölkə üzrə buzlaşma olan yolları açıqlayıb
  • HADİSƏ

  • 10:20 24 Fevral 2021

Yol polisi ölkə üzrə buzlaşma olan yolları açıqlayıb

DIN-in Baş Dövlət Yol Polisi İdarəsi ölkə üzrə buzlaşma olan yolların siyahısını açıqlayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev APA-ya açıqlamasında bildirib ki, respublika yollarında əksər ərazilərə qar yağıb, avtomobillərin hərəkəti çətinləşib:

“Ağsu aşırımında yol bağlanıb. Bakı-Quba-Rusiya yolunun 30 km-dən başlayaraq 204 km-dək yollar buzlayıb. Bundan başqa, Gəncob- Yalama yolu, Bakı-Şamaxı younun 78 km-dəmn 140 km-dək yollarda güclü qar olsa da, buzlaşma yoxdur. Həmin istiqamətdə gedən sürücülərin diqqətli olmağa çağırırıq”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR