• HADİSƏ

    01:11 5 iyul 2019

Yol qəzasında sürücünün başı zədələndi, üz sıyrıldı, bədəni...


Xəzər rayonunda motosikletlə avtomobil toqquşub, 1 nəfər yaralanıb.
APA xəbər verir ki, hadisə Mərdəkan yolunda baş verib. 1952-ci il təvəllüdlü Samonin Qriqori Pavloviç idarə etdiyi motosikletlə hərəkətdə olarkən anidən idarəetməni itirərək minik avtomobilinə çırpılıb.
Nəticədə o, ağır xəsarət alaraq 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Yaralıya baş-beyin silkələnməsi, üz nahiyəsinin kəsilmiş-sıyrılmış yaraları və bədənin müxtəlif nahiyələrinin kəsilmiş yaraları diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR