Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 22:20 radələrində Şamaxı-Göylər avtomobil yolunda qeydə alınıb.
Avtomobil yolu keçən piyadanı vurub. Hazırda hadisə yerinə Təcili Tibbi Yardım stansiyasının briqadası çağırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Avtomobil tərəfindən vurulan şəxsin adı hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.