• HADİSƏ

    10:45 7 may 2019

Zabratda iki nəfəri vurub qaçan sürücü saxlanılıb

Paytaxtın Sabunçu rayonunda qəza törədib qaçan sürücü tutulub.

ONA-nın xəbərinə görə, Zabrat qəsəbəsində naməlum sürücü idarə etdiyi 55 BU 686 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyadalar – eyni ünvanda yaşayan Bakı şəhər sakinləri 1958-ci il təvəllüdlü Mahmudova Kübra Kərim qızını və 2014-cü il təvəllüdlü Həsənli Nuray Vüqar qızını vuraraq hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Şəki rayon sakini 1963-cü il təvəllüdlü Cəmilov Xaləddin Əlisəfa oğlu Qəbələ rayonunda avtomobili ilə birlikdə saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR