• HADİSƏ

    01:39 2 mart 2020

Zabrat qəsəbəsində baş vermiş avtoqəza zamanı 3 nəfər xəsarət alıb - FOTO

Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

"Niva" markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında hərəkətinə davam etdiyindən onun avtomobili yol qovşağında hərəkətdə olan üç "Mercedes" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "Niva"nın sürücüsü, digər avtomobillərdə olan iki sərnişin xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR