• HADİSƏ

    21:52 12 mart 2019

Zabratda sərnişin avtobusu ilə minik maşını toqquşub - VİDEO

Bakıda avtobus və minik avtomobili toqquşub.

ONA-nın məlumatına görə, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.

107 nömrəli marşrut avtobusu hərəkətdə olan zaman “Mersedes” markalı avtomobil onun arxa hissəsinə çırpılıb.

Nəticədə minik avtomobilində olan sərnişin və sürücü xəsarət alıb.

Hadisənin dəqiq təfərrüatları araşdırılır.

Nurlan Əli

Aytən

Teqlər:

SON XƏBƏRLƏR