• HADİSƏ

    21:33 18 may 2019

"Zagulba Mall"dakı yanğınla bağlı 2-ci dərəcəli çağırış edilib

"Zagulba Mall" ticarət mərkəzində baş vermiş yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, hazırda hadisə ilə bağlı 2-ci dərəcəli çağırış elan olunub.

Bir qədər əvvəl FHN yanğınla bağlı məlumat da yayıb. Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur).

Binada olan insanlar təxliyyə edilib. Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR