• HADİSƏ

    17:59 27 may 2019

"Zaminbank"ın sabiq əməkdaşına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, E. Kərimov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, "Zaminbank"da kredit mütəxəssisi vəzifəsində çalışmış E.Kərimov etibardan sui-istifadə edərək, banka qarşı 480 min manatlıq dələduzluq edib. Belə ki, o, işlədiyi dövrdə bankda müştərilərin hesabından pul çıxararaq, digər hesablara köçürüb. İstintaq dövründə E.Kərimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR