• HADİSƏ

    10:16 15 avqust 2019

Zaqatala rayon Məşğulluq Mərkəzinin direktoru özünü asıb

Qaxda 39 yaşlı kişi özünü ata yurdunda asaraq intihar edib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 6:00 radələrində Qax şəhəri, C.Cabbarlı kiçəsi, döngə 4, ev 14 ünvanında baş verib. 1980-ci il təvəllüdlü Musa Feyzulla oğlu Feyzullayevin meyiti yuxarıda adı qeyd edilən ünvanda asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

M.Feyzullayevin intihar etməsinin səbəbləri məlum deyil.

M.Feyzullayev ailəsi ilə Zaqatala rayonunda yaşayır. Onun intihar etdiyi ev isə ata yurdudu.

Faktla bağlı Qax rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, intihar edən şəxs Zaqatala rayon Məşğulluq Mərkəzinin direktoru olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR