Zaqatalada 11 yaşlı qız intihar edib.
ONA-nın şimal-qərb bürosunun xəbərinə görə, hadisə martın 4-ü axşam saat 23 radələrində rayonun Danaçı kəndində qeydə alınıb.
Kənd sakini, 2008-ci il təvəllüdlü Gülnaz Şaban qızı Naqqayevin meyiti yaşadığı evin zirzəmisində yaxınları tərəfindən asılmış vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı 11 yaşlı G. Naqqayevin intihar etməsi məlum olub.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.