• HADİSƏ

    08:26 14 aprel 2019

Zaqatalada 18 yaşlı qız civə içib

Zaqatalada hamilə qadın kimyəvi maddədən zəhərlənib.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, aprelin 13-ü axşam saat 22 radələrində Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 2001-ci il təvəllüdlü Zeynəb Hüseyn qızı Əliyeva zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub.

Tibb müəssisindən ONA-ya bildirilib ki, müayinə zamanı 6 aylıq hamilə olan 18 yaşlı Z. Əliyeva kimyavi maddə olan civə içdiyini bildirib. Z. Əliyevaya ağır metalın toksiki təsiri diaqnozu qoyulub, müalicəsi reanimasiya şöbəsində davam etdirlir.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR