• HADİSƏ

    08:15 28 mart 2019

Zaqatalada 18 yaşlı tələbə dərmandan zəhərlənib

Zaqatalada kollecdə oxuyan tələbə dərmandan zəhərlənib.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, Zaqatala şəhəri, S.Kazımov küçəsi, ev 80 ünvanında kirayədə yaşayan, 2001-ci il təvəllüdlü Balakən rayonunun Şanbul kənd sakini Zurnayeva Meysərət Nizami qızı zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirlib ki, M.Zurnayevaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib, müalicəsi hazırda xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, M.Zurnayeva Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsidir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR