Zaqatalada yanğın baş verib.
ONA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə rayonunun Göyəm kəndində qeydə alınıb.
Yanğın zamanı ümumi sahəsi 100 kv/m olan birmərtəbəli 5 otaqlı evin bir otağının tavanı 5 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.