Zaqatalada avtomobil qəzasında bir nəfər ölüb
  • HADİSƏ

  • 16:09 06 İyun 2019

Zaqatalada avtomobil qəzasında bir nəfər ölüb

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Əliabad-Mosul avtomobil yolunda qeydə alınıb. “Nissan” markalı, 62 BH 899 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində maşında olan sərnişin, Zaqatala rayon sakini, 21 yaşlı Bəxtiyar Hüseyn oğlu Abbasov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR