Zaqatalada avtomobil yanıb
  • HADİSƏ

  • 21:36 25 İyul 2020

Zaqatalada avtomobil yanıb

Zaqatala rayonunda yük avtomobili yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 20:10 radələrində rayonun Çökəkoba kənd sakini Elvin Sabir oğlu Kərimovun yaşadığı evin həyətyanı sahəsində qeydə alınıb.

Ərazidə yenicə park edilmiş E.Kərimova məxsus “QAZel” markalı yük avtomobilində qəfildən alovlanma başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində yük maşınının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Teqlər:

OXŞAR XƏBƏRLƏR