Zaqatalada avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 00:30 04 Yanvar 2020

Zaqatalada avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Zaqatalada nəməlum avtomobillə vurulan qadının şəxsiyyəti müəyyənləşib, hadisəni törədən sürücü isə saxlanılıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hələ ki adı açıqlanmayan rayon sakini rayonun Yuxarı Tala kəndi ərazisindəki şadlıq evindən çıxaraq  idarə etdiyi “Chevrolet Camaro” markalı, 10-RR-024 dövlət nömrə nişanlı minik avtomobili ilə rayon mərkəzi istiqamətində hərəkət edərkən yolu keçmək istəyən rayon sakini, 1961-ci il təvəllüdlü Fərasət Əhməd qızı Davudovanı vurub. Ağır xəsarətlər alan F.Davudova hadisə yerində ölüb. Hadisəni törədərək qaçan sürücü isə polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dərhal saxlanılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Saat 23:59

Zaqatalada avtomobil qadın piyadanı vuraraq öldürüb, sürücü isə hadisə yerindən qaçıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 21:40 radələrində rayon mərkəzində baş verib.

Nəməlum minik avtomobili yolu keçmək istəyən qadını vurub. Ağır xəsarətlər alan qadın hadisə yerində keçinib. Hazırda qadının şəxsiyyəti dəqiqləşdirilir. Hadisəni törədib qaçan sürücü isə axtarılır.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Teqlər:

OXŞAR XƏBƏRLƏR