Zaqatalada avtomobilin vurduğu azyaşlı xəsarət alıb
  • HADİSƏ

  • 23:05 10 Fevral 2021

Zaqatalada avtomobilin vurduğu azyaşlı xəsarət alıb

Zaqatalada 9 yaşlı uşağı avtomobil vurub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Zaqatala şəhəri M.Nəzirova küçəsində yaşayan 2012-ci il təvəllüdlü Tahir Seyran oğlu Məmmədov yaşadığı ərazidə minik avtomobilinin zərbəsi ilə üzləşib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 9 yaşlı T.Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. T.Məmmədova sol topuğun və sol qolun sınığı dioqnozu qoyulub. Müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Teqlər:

OXŞAR XƏBƏRLƏR