• HADİSƏ

    15:57 31 iyul 2022

Zaqatalada avtomobilin vurduğu piyada ölüb

Zaqatalada 39 yaşlı kişini maşın vuraraq öldürüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Dağlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini Bilal Hilalov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə piyada 1983-cü il təvəllüdlü Dağlı kənd sakini Osman Hacı oğlu Məhərrəmovu vurub. O. Məhərrəmov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR